Menyu

Norveç şirkəti Şimal dənizində qaz yatağı kəşf edib

Operativ Media
Norveç şirkəti Şimal dənizində qaz yatağı kəşf edib

Norveçin neft-qaz istehsalçısı “Equinor” şirkəti Şimal dənizində iki yeni qaz və kondensat yatağı kəşf edib.

Operativ Media şirkətin yaydığı məlumata istinadla xəbər verir ki, bu, “Equinor”un cari il ərzində ən böyük kəşfiyyat nəticəsidir və sözügedən yataqlar mövcud infrastruktur vasitəsilə Avropa bazarı üçün istismara verilə bilər.

İlkin qiymətləndirmələr göstərir ki, rezervuarlarda bərpa oluna bilən neft ekvivalentləri təxminən 5–18 milyon standart kubmetr həcmində ola bilər ki, bu da 30–110 milyon barelə bərabərdir.

Kəşflər “Equinor”un operatoru olduğu “Sleipner” yatağı yaxınlığında qeydə alınıb.

Əlaqəli Xəbərlər